Tanınmış biznesmen Fərhad Əhmədov “YAŞAT” Fonduna 1 milyon manat köçürdü

Tanınmış biznesmen Fərhad Əhmədov “YAŞAT” Fonduna 1 milyon manat köçürdü

Azərbaycanlı milyarder, xeyriyyəçi iş adamı, Rusiya Dumasının sabiq senatoru Fərhad Əhmədov şəhid ailələrinə və Vətən müharibəsinin qazilərinə dəstək üçün yaradılan "YAŞAT” fonduna 1 milyon manat köçürüb.

Bu barədə biznesmen özünün Facebook səhifəsində yazıb: "Şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə qayğı olduqca mühüm vəzifədir. Lakin indi onların ailələrinə, yaralılara, Vətənin azad olunması naminə qanını axıdanlara qayğı da ondan dah az əhəmiyyət daşımır. Onlara yaralarını sağaltmaqda, sağlamlıqlarını bərpa etməkdə, normal həyata maksimum qayıtmaqda kömək etmək bizim ümumi borcumuzdur. Prezident İlham Əliyev öz sərəncamı ilə yaralılara və şəhid ailələrinə yardım Fondu yaradıb. Prezidentin təşəbbüsünü dəstəkləyərək mən bu Fonda bir milyon manat köçürməyi qərara aldım”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az