Tanınmış gənc müğənni Nərmin Kərimbəyovadan parlaq ifalar

Tanınmış gənc müğənni Nərmin Kərimbəyovadan parlaq ifalar
Tanınmış gənc müğənni, "Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyovanın iki yeni mahnısının təqdimatı olub. 

Belə ki, müğənninin sözləri və musiqisi bəstəkar Hüseyn Abdullayevə məxsus "Sevgi” adlı mahnısı onun parlaq ifaçılıq qabiliyyətini bir daha üzə çıxarıb. Müğənni təqdim etdiyi ikinci mahnısını isə Əməkdar Artist Tünzalə Ağayeva ilə birlikdə ifa edir. Sözləri Murad Arifə, musiqisi isə Tünzalə Ağayevaya məxsus "Fərqliyəm” adlı mahnıya  klipi də çəkilib. Hər iki mahnı və klipin təqdimatı maraqla qarşılanıb. Qeyd edək ki, Nərmin Kərimbəyova bir sıra konsertlərdə iştirak etməklə yanaşı, sənətdə yeni-yeni axtarışlar edən gənc müğənni kimi tanınır. O, öz vokal imkanlarını bütünlüklə təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı hər ifasında isbatlayır. Müğənni repertuarında caz musiqisinin pop və klassik musiqi nömrələri ilə yanaşı, həm də sevilən musiqilər və kompozisiyalar səsləndirir. Onun səhnədə təqdim etdiyi biri-birindən maraqlı kompozisiyaları olduqca fərqli qabiliyyətini bir daha üzə çıxarır.
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az