Təcili: Nazirlərin Vaşinqton görüşü təxirə salındı
Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyuna Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyuna Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
"Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.
Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb.