Tədris mərkəzi 20 min manat cərimə edildi

Tədris mərkəzi 20 min manat cərimə edildi
Dövlət Əmək Müfəttişliyi Xidməti "Nuray Tədris Mərkəzi” MMC-ni 20 min manat cərimə edib.

"Report”un xəbərinə görə, mərkəz İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Nuray Tədris Mərkəzi” MMC şahmat , xarici dil, kompüter, rəqs, rəssamlıq və s. kurslar, həmçinin məktəbəqədər hazırlıq tədris edir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az