Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası...

Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası...

Azərbaycanda koronavirusun ikinci dalğası təhlükəsi var.

Miq.Az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, son günlər yoluxma dinamikasında artım müşahidə olunur.

"Yoluxma hallarının artması gözlədiyimiz ikinci dalğanın nəticəsidir. Biz ikinci dalğanı gözləyirik və buna tam hazırıq”, - o bildirib.

R.Bayramlı qeyd edib ki, yoluxmanın artması vətəndaşların məsuliyyətsizliyindən qaynaqlanır.

"Hazırda 771 aktiv xəstə var, 1621 nəfər sağalıb. İntensiv terapiyada 22 xəstə var, 9-u süni tənəffüs aparılan qoşulub”, - TƏBİB sədri deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az