Təhsil ekspertindən Mehriban Əliyevaya müraciət
Təhsil nazirliyinin eksperti Nabatalı Qulamoglu Azərbaycan respublikasının vitse prezidenti Mehriban xanım Əliyavaya müraciəti.
Bir neçə il bundan əvvəl neftin qiyməti 27 dollara düşəndə Ə. Həsənov bəyan etdi:" Müxalifətlə dialoqa məhkumuq". Sonra neftin qiyməti 40 dollara qalxanda Mirşahin ondan soruşdu: - Müxalifətlə dialoq nə yerdə qaldı? - Parlamentdə müxalifət vardır və biz mütəmadi onlarla dialoq aparırıq.
İndi neftin qiyməti 10 dollar ətrafında dolaşır. Dialoq haqqında danışan yoxdur. Çox düşündüm və vitse prezident Mehriban Əliyevaya müraciət etmək qərarına gəldim. Hörmətli Mehriban xanım! Azərbaycan xanımı tarixin sərt döngələrində həmişə müdriklik nümayiş etdirmişdir. İgidlər intiqam hissi ilə coşanda Azərbaycan xanımı əlini baş örtüyünə atmaqla sel kimi axa biləcək qanın qarşısını almışdır.
Hesab edirəm ki, bu gün o an gəlib çatıb. İqtidarla müxalifət həmin vəziyyətdədir. Bu isə xalqı fəlakətə aparır. Sizdən xahiş edirəm, iqtidarla (1-ci şəxsin simasında) gerçək müxalifətin dialoquna tərəfsiz vasitəçilik edəsiniz Ölkəni bu ağır durumdan xilas etməyə Sizin cəsarət və qabiliyyətinz çatar. Buna inanıram.
Miq.Az