“Televiziya və sosial şəbəkələrdən ağlaşma səhnələrini yığışdıraq...” – Sabiq deputat çağırış edir

“Televiziya və sosial şəbəkələrdən ağlaşma səhnələrini yığışdıraq...” – Sabiq deputat çağırış edir
Sabiq deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu sosial şəbəkə istifadəçilərinə və telekanallara müraciət edərək, onları şəhidlərlə bağlı kədərləndirən süjet və paylaşımlardan az istifadə etməyə çağırıb. 

E.Sabiroğlunun fikrincə, yas əhval-ruhiyyəsinin davamlı olaraq aktual saxlanması gənclərin vətənpərvərlik hisslərinə mənfi təsir edir.

Sabaq deputat yazır:

"Bəlkə də yazmamalıydım. Bəlkə də heç bu haqda kütləvi informasiya vasitələrində fikir və ağrılarımı bölüşməməliydim. Çünki elə həssas mövzuya toxunuram ki, an içində cəmiyyətdə olub-qalan kiçik hörmətimi də çox asanlıqla çilik-çilik edə bilərəm. Beyninizi yormadan keçirəm mətləbə…

Müharibəni udduq. Özü də düşmən üzərində elə böyük bir qələbə çaldıq ki, bunu adi sözlə ifadə emək çətindir. Dünyanın müharibələr tarixində 24 saat ərzində düşməni məhv etmək faktı mövcud deyil. Ulu tarix belə bir şeyi yad emir! Azərbaycan əsgəri isə bunu böyük müvəffəqiyyətlə bacardı. Cəmi bir sutka ərzində düşməni təslim olmağa vadar edərək Qarabağı bütünlüklə azdlığa çıxardıq.

Əlbəttə, bu zaman şəhidlər də verdik. Xeyli sayda ayaqdan-qoldan, gözdən şikəst olan qazilərimiz var ki, onların halına adam yanır. Lakin müharibələri qansız-qadasız, itki vermədən qələbə ilə başa vurmaq mümkün deyil. Savaş qəhrəmanlarımızın qədir-qiymətini uca tutmaq, onları böyük şükranlıqla yad etmək bizim ən ilahi borcumuzdur. Ancaq davamlı olaraq sosial şəbəkələrdə, "tik-tok”dakı ağlaşmaları görmək, ana-bacılarımızın ürəkləri alovlayan göz yaşlarını efirlərdən yayımlamaq gənc nəslin vətənpərvərlik hiss və duyğularına hansı təsirləri göstərdiyinin, insanlarda necə qorxunc, necə dəhşətli hisslər yaratdığının fərqinə vara biləyin. Hər gün qəbirləri qucaqlayaraq göz yaşları axıdan şəhid doğmalarının görüntülərini təqdim etməklə gənclərin vətənpərvərlik duyğularında hansı izləri buraxdığımıza fikir verəyin.

Vətənin yaşaması, onun ayaq üstə dayanması hər zaman itki tələb edir...”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az