Ədəbiyyat İnstitutundakı dava yorqan davasıdı
"“Vətəninfo.az”a daxil olan məlumata görə, direktor əvəzi vəzifəsindən sui-istifadə edərək gənc xanımlara eşq elan edir. "Yox" cavabı aldıqda isə onları şantaj edəcəyini və işdən çıxaracağı ilə hədələyir" Məlumata görə,bu məsələdə ona institutun elmi katibi Nikpur Cabbarlı da yaxından "dəstək" verir" məlumatının redaksiya olaraq oxuculara çatdıranda, bu məlumatın bir qədər qərəzli ola biləcəye ehtimalıdı beynimədə dilandı. Amma məlumatı təqdim edən mənbə özünü o qədər məsum və inandırıcı göstərdi ki, bir alimə qarşı haqsızlıq etdiyimizin fərqinə varmadım. İnfarmasiya, oxucunun münasibəti necə olacaq bunuda bilmirdim.Amma məlumat dərc olunduqdan sonra gördüm ki, bu məlumatı bizə servis edənlər sözün əsil mənasında qələmundular və özlərinin maraqlarının təmin olunması üçün mətbuatı bir tranpilin olaraq istifadə məkanı seçiblər. Bir redaksiya olaraq Temur Kərimli haqqında verdiyimiz bu informasiyanın ardından hən redaksiyaya olunan zənglər,eyni zamanda yazı ilə bağlı göndərilən şərhlər,bütün bunlarla yanaşı qələminə və şəxsiyyətinə sayğı duyduğum ziyalılarımızın bir-başa mənimlə əlaqə saxlayıb, "Məlumat əsassıdır. temur müəllimlə bağlı mətbuata bu cür məlumtı servis edənlər. drektorluq uğrunda dava aparırlar və sizi də buna alət edirlər" demələri məndə doğrundan da bir peşmançılıq və "keşgə bu informasiyanıverməyəydim" günahgarlığı və üzür istəmə minnəti yaratdı. Biz bir internet portalı olaraq məlumatın və cəmiyyətin marağını diqqətə alıb müxtəlif məlumatlar verə bilərik.Amma bu o demək deyil ki, bizdə səf etməyə bilərik.İnsan övladıda səf edə bilr və bu səfi bilib düzətmirsə deməli nadandı.Biz səfimizi gördük və bir ziyalıya qarşı aparılan çirkin təbliğatda bizdən yararlanıldığının fərqinə vardıq. Bu üzdəndə redaksiya olaraq adı məlumatda hallanan Teymur Kərimlidən və digərlərindən üzür diləyir və bu məsələyə aydınlıq gətirliməsi üçün Teymur müllimin mövqeyini yaxın zamanlarda sizlərə çatdırmaq niyyətindəyik. Əziz oxucu! Sizlərdən də məh hansısa qəlamunların bir ziyalıya atdığı şər və böhtana görə üzür istəyirik.Çün ki,bizim borcumuz sizə xidmət olduğundan sizdəndə üzür istəməyi özümüzə bir ərdəmlik olaraq görürük.
Kamran