Bu gün “Kitabevim.az”-da “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin yenicə işıq üzü görmüş “Terrorun gülən üzü” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən müəllif kitabı yazmağının səbəbləri, aktuallığı haqqında danışıb:
“Bu kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. Kitabda xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır”.
Təqdimat Mərasimində Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri, ictimaiyyət nümayəndələri və media mənsubları geniş iştirak ediblər.
“Terrorun gülən üzü”, A.Ələsgərin 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur. Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer almaqdadır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir. Azərbaycanda bu sahədə yazılan ilk və geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ