Tərtərdə silah partladı: uşaq yandı-VİDEO

Tərtərdə silah partladı: uşaq yandı-VİDEO

Hazırda azyaşlının vəziyyəti orta ağırdır.

Tərtərdə hərbi sursat partlayıb, nəticədə 8 yaşlı uşaq xəsarət alıb. ANS tv-nin verdiyi məlumata görə, Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Kənddə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynlinin həyətdə təmizlik işləri apararkən əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub.

Nəticədə azyaşlı müxtəlif dərəcəli bədən yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Hazırda azyaşlının vəziyyəti orta ağırdır. Azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil. Hadisənin təfərrüatları araşdırılır.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az