Amerikanın Pekindəki səfiri Cozef Pruerin üzr istəməsindən sonra kəşfiyyatçılar sərbəst buraxılıblar. 2001-ci ildə hər iki hökumət qarşıdurmaya son qoymaq üçün risk aldı. Münaqişənin həllində müəyyən qədər bəxt də rol oynadı. Məqalədə deyilir ki, Ağ Evin o zamankı rəhbəri Corc Buş bu işi qeyri-adi təsir gücünə malik olan, tez və effektiv qərarlar qəbul etməyi bacaran dövlət katibi Kolin Pauele həvalə edib. Təcrübəli diplomat danışıqlar apararaq Vaşinqtonu yarana biləcək münaqişədən qoruya bildi. İyirmi ildən sonra daha qərəzli Konqres və media, şübhəsiz ki, ABŞ-ın Çinlə güzəştə getməsinə imkan verməyəcək.
Müəllifin fikrincə, hazırda rəsmi Pekin kəskin insident zamanı güzəştə getməyə hazır deyil. Hər iki tərəf öz məlumatlarını 2001-ci ildə hadisəni kiçildən, vəziyyəti sakitləşdirən telekanallardan deyil, kifayət qədər açıq onlayn nəşrlərdən alır. Ekspert Çjan Touşen bildirib ki, səmada baş verə biləcək qəzalarla bağlı Çinlə ABŞ arasında fikir ayrılıqları mövcuddur:
"Pekin israr edir ki, ABŞ öz təyyarələrini ölkə sərhədlərinə göndərməyi dayandırsın. 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. Nə vaxtsa onlar fəlakətə gətirib çıxaracaq və bu problemi həll etmək xeyli çətinləşəcək”.
Miq.Az