Tovuzda qədim yaşayış məskəni tapıldı

Tovuzda qədim yaşayış məskəni tapıldı

Tovuzda "Göytəpə" qədim yaşayış məskənindən də qədim abidə tapılıb.

"Vətəninfo.az"ın məlumatına görə, Tovuz rayonunda yeni “Hacı təpə” qədim yaşayış məskəni aşkar edilib. Hazırda həmin ərazidə yoxlama qazıntı  işləri aparlır. Arxeoloqların fikrincə, bu rayonda  8 min illik tarixə malik olan “Göytəpə” yaşayış məskənindən də qədimdir. Tovuz Arxeologiya Ekspedisiyasının üzvi Kazuya Şemaqoma Hacı təpə” qədim yaşayış məsgəninin 2 metr hündürlüyündə olduğunu və buradan daha qədim dövrlərə aid mədəniyyət nümunələrinin  tapılacağı da istisna etmədi. 

Tovuzun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Göytəpə” yaşayış məskənində isə, qazıntı işləri davam edir. Hazırda arxeoloji qazıntı 4 m dərinliyinə kimi aparılsa da, 7 metrdən çoxu öyrənilməyib. Tədqiqatçıların fikrincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir Neolit dövrü abidələrində rast gəlinməyib. Lakin son 1 ayda Tovuza yağan güclü yağışlar nəticəsində abidəyə ciddi ziyan dəyib. 

Qeyd edək ki, “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə açıq səma altında muzeyin - arxeoparkın yaradılması nəzərdə tutulub.

2 hektardan çox ərazini əhatə edən Göytəpə” yaşayış məskənində 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Arxeoloji abidə Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən “Britaniya Muzeyi”ndə, həmin ildə Parisdə “Kollec-de-Frans” təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində, 2012-ci ilin may ayında Polşanın Varşava şəhərində təqdimatı olub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az