Bu il Azərbaycanda 25 min ton toxum istehsal olunacağı proqnozlaşdırılır. Bu isə ötən ilin analoji göstəricisini 50%-dən çox üstələyir. Vətəninfo.az xəbər verir ki, bunu "Report"a "Azərtoxum" MMC-nin istehsalat rəisi Azil Söhbətov deyib: "Bu il keçən hava şəraiti yüksək məhsuldarlığın olacağını vəd verir".
O, bildirib ki, bu il "Azərtoxum" 8 min hektar ərazidə səpin aparıb. Həmin sahələrdə bütün aqro-texniki tədbirlər görülüb.
"Hazırda işlər yekunlaşmaq üzrədir. Əkin sahələrindən bu il yüksək məhsuldarlıq gözlənilir. Aparılmış keyfiyyətli aqro-texniki tədbirlər nəticəsində bitkilərini inkişafında, boy artımında güclü irəliləyiş var. Hər hektar hesabı orta məhsuldarlığın 35-40 sentnerə çatacağını gözləyirik", - deyə A.Söhbətov bildirib.
Qeyd edək ki, iyunun 2-dən "Azərtoxum"un sahələrində arpa biçinə, bundan sonra isə buğda biçininə başlanılacaq. Toxum istehsalçısı yüksək reproduksiyalı cavan toxumların artması hesabına hər il elit toxum növlərinin əkinini genişləndirir. Təkcə ötən il "Azərtoxum" 16 min ton toxum istehsal edib.
İyun ayında bütün biçin bitdikdən sonra, təkrar əkinin aparılması planlaşdırılır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?