Tramp administrasiyasında erməniyə vəzifə verildi - Foto

Tramp administrasiyasında erməniyə vəzifə verildi - Foto
ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib 

İstiPress news.am-a istinadən xəbər verir ki, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. "Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir", - Dirborn deyib. 

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı "Nahigian Strategies" şirkətinin rəhbərləridir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az