Tramp: "Azərbaycanla işləməyə hazırıq"

Tramp:
ABŞ prezidentindən Cənub Qaz Dəhlizinə dəstək

"ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır". İstiPress-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı yüksək qiymətləndirib. 

O, qeyd edib ki, ABŞ adıçəkilən layihəyə dəstək verməyə davam edəcək. "Mən qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, Xəzər regionunun enerji resurslarının inkişaf etdirilməsi və ixrac edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirirəm". 

D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir. "ABŞ məhkəmə, iqtisadi, admnistrativ islahlatların davamında Aəzrbaycanla işləməyə hazırdır". 

ABŞ lideri Dağlıq Qarabağ probleminə də toxunub. O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az