Tramp Ərdoğan haqda nələr dedi?..

Tramp Ərdoğan haqda nələr dedi?..
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heyranlığını ifadə edərək, onu dost və hörmət etdiyi insan adlandırıb.

Axar.az xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında deyib.

"Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim şəxsdir. Düşünürəm ki, o da mənə hörmət edir”, - o bildirib.

Tramp qeyd edib ki, ilk prezidentliyi dövründə Suriyada İŞİD-i məğlub edib və ABŞ qoşunlarının əksəriyyətini oradan çıxarıb.

Təxminən 2000 ABŞ əsgərinin Suriyadan çıxarılması ilə bağlı suala Tramp belə cavab verib:

"Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir, ancaq Türkiyənin olduğunu söyləyəcəyəm. Amma Suriya ilə bağlı baş verənlərə baxın, Rusiya zəiflədi, İran zəiflədi. Və o (Prezident Ərdoğan - red.) çox ağıllı oğlandır, öz adamlarını ora müxtəlif formalarda, müxtəlif adlarla göndərdi, onlar da içəri girdilər və hakimiyyəti ələ keçirdilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az