"Turan Bank"dan özbaşınalıq-Bakıda avro 2,3 manata qalxdı

 
Manatın ikinci devalvasiyasından sonra Mərkəzi Bankın "üzən məzənnə"yə keçməsi və banklara məzənnəni müəyyənləşdirmək hüququ verməsi ciddi problemlərə səbəb olub. 

Təbii ki, bu da süi-istifadəyə, özbaşınalıqlara səbəb olur, bəzi banklar məzənnəni istədikləri səviyyəyə yüksəldirlər.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, "Turan Bank"ın "Torqovı"da yerləşən filialı bu gün avronun məzənnəsini fantastik həddə çatdırıb. Belə ki, bank müştərilərə bu valyutanı 2 manat 30 qəpikdən təklif edib.

Qeyd edək ki, Mərkəzi Bank avronun məzənnəsini 1.7009 manat müəyyənləşdirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az