Türkiyə ilə bağlı şok iddia: “Qorxduqları üçün…”

Türkiyə ilə bağlı şok iddia: “Qorxduqları üçün…”

İngiltərənin "The Economist” jurnalı Türkiyənin Avropa Birliyinə üzv edilməməsinin səbəblərindən yazıb.

Miq.Az xəbər verir ki, nəşr avropalıların çoxu böyük müsəlman xalqının yaşadığı dövləti Brüsseldə görmək istəmir.

Jurnal Türkiyənin AB ölkələrindən daha böyük və əhalisinin əksəriyyətinin müsəlman olduğunu qeyd edib:

"Bir çox avropalı seçici belə bir xalqın AB-yə daxil olma ehtimalından qorxur. Bir sözlə, demokratik durumu nə olur-olsun Türkiyəni AB-da görmək istəmirlər”.

Məqalədə Əfqanıstandan Avropaya qaçqın axınına da diqqət çəkilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı açıqlamasına diqqət çəkilib:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin "Avropanın sığınacaq anbarı”olmayacağını dedi. Türklərin əksəriyyəti bu fikirdədir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az