Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verdi

Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verdi
Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün öz hava məkanından istifadəyə icazə verib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "AIA Global News” ("Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb. 

"İsrail Baş naziri mayın 7-si axşam saatlarında "Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yollanacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, "The Times of Israel” portalı Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyini bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az