Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR

Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR

"Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.
 
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24” kanalına müsahibəsi zamanı məlumat verib.
 
O bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.
 
Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az