Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi
Bu gün Türkiyənin Qars vilayətində terrorçularla təhlükəsizlik əməkdaşları arasında atışma baş verib. Lent.az-ın "İxlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qarsın Sarıqamış qəsəbəsinə gələn bir qrup terrorçu əhalidən zorla qida məhsulları toplamağa başlayıb. Dərhal hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və PKK terrorçuları ilə silahlı qarşıdurma yaşanıb. Bu zaman iki polis əməkdaşı yaralanıb.
 
Bildirilir ki, PKK terrorçuları atəş aça-aça meşəyə doğru gediblər. Onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirilir.

Mardinin Nusaybin rayonunda isə terrorçuların yola basdırdıqları partlayıcı qurğu işə düşüb. Polislər ərazidən keçərkən baş vermiş partlayış nəticəsində 1 nəfər şəhid olub, daha 3 polis isə yaralanıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az