Türkiyədə aeroportda bomba həyəcanı

Türkiyədə aeroportda bomba həyəcanı

Suriyalı gənc "üzərimdə bomba var. Allahu Əkbər" deyərək qışdırıb

Yeni ilin ilk saatlarında gecə klubunda 39 nəfərin ölümü ilə nəticələnən terror aktının təsirindən çıxmamış Türkiyədə bu gün növbəti bomba həyəcanı yaşanıb. İstiPress-in Türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, həyəcan turizmin ən önəmli şəhərlərindən sayılan Antalyada yaşanıb.

Hava limanının daxili və xarici terminalların ortaq istifadə etdiyi "gedən sərnişin" hissəsində səhər saat 09.55-də X-Ray cihazından keçən suriyalı bir gənc "üzərimdə bomba var. Allahu Əkbər" deyə qışqırıb.

Nəticədə hava limanındakı sərnişinlər arasında təşviş yaranıb. Təhlükəsizlik qüvvələri dərhal adı açıqlanmayan 25-30 yaşlı gənci hadisə yerindən uzaqlaşdıra biliblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az