Türkiyədə bir ilkin yaşanmasına saatlar qaldı
Bu gün Türkiyənin Baş naziri ölkə prezidentinə yeni hökuməti təqdim edəcək.
Vətəninfo.az-ın Axar.az-a istinadla məlumatına görə, Əhməd Davudoğlu Tayyib Ərdoğana müvəqqəti hökuməti təqdim edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, toplantı günortadan sonra təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə noyabrın 1-də təkrar parlament seçkilərinə gedəcək. Buna qədər müvəqqəti hökumət ölkəni idarə edəcək.
Seçkilərdən sonra partiyalararası dialoq uğursuz nəticələnib və koalisiya hökumət qurulması mümkün olmayıb.