Türkiyədə "Elektron hökumət" portalı yaradılıb

Türkiyədə

Dünyadakı yeniliklərə biganə qalmayan qardaş Türkiyədə də "Elektron hökumət” portalı yaradıldı. Turkiye.gov.tr saytı dövlət qurumlarına bir mənbədən sürətli və etibarlı xidmət təklif edilən ünvandır. Vətəndaşın etibarlı şəkildə müraciət etdiyi bu sayt dövləti təmsil etdiyi üçün ən yüksək təhlükəsizlik sistemləri ilə qorunur.

Məlumat Hesablama Mərkəzindən  bildiriblər ki, Türkiyədə turkiye.gov.tr portalı vətəndaşlar tərəfindən daha çox e-dövlət adlandırılır. Bunun əsas səbəbi burada əksər xidmətlərin internet vasitəsilə göstərilməsidir. İnternet vasitəsilə həyata keçirilən bütün xidmətlər əlaqədar nazirlik və ya qurum tərəfindən həyata keçirilir.

Türkiyənin elektron hökuməti "e-Devlet Kapısı” adlanır.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az