Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat - 2 azərbaycanlı saxlanıldı

Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat - 2 azərbaycanlı saxlanıldı

Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat keçirilib. Bu barədə "Milliyyet" xəbər yayıb.

Məlumatda bildirilir ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.

Onlardan 12-i Rusiya, 2-i Azərbaycan, 2-i Özbəkistan və 1-i Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az