Türkiyədə növbəti terror: 3 ölü, 73 yaralı

Türkiyədə növbəti terror: 3 ölü, 73 yaralı

Türkiyədə terror aktı törədilib.

"Anadolu” agentliyinin verdiyi xəbərə görə, Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.

Miq.az xəbər verir ki, "Anadolu" agentliyinin son məlumatına görə, törədilən partlayış nəticəsində 3 nəfər ölüb, yaralanların sayı isə 73 nəfərə çatıb.

Yaralıların 20-sinin polis əməkdaşı olduğu bildirilir.

Terroru törətməkdə şübhəli bilinən bir nəfər həbs edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az