Ucar rayon sakini 28 yaşlı E. B. ötən ilin fevral ayında Oğuz rayon sakini, 13 yaşlı F. B. ilə tanışlıq saytlarından birində tanış olublar. E. B. əvvəllər bir dəfə də görmədiyi bu qızla virtual münasibət qurub.
E. B. aprel ayında bibisinin yаşаdığı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi, 5 №-li ünvanda yerləşən evinə qonaq gəlib. O, bibisının evində qonaq olduğu zaman həmin qızla görüş təyin edib. Görüş zamanı qızı bibisinin evinə gətirib və orada qızla cinsi əlaqədə olub. O, qızla cinsi əlaqədə olandan bir gün sonra isə Bakı şəhərinə qayıdıb.
E. B. bir neçə gündən sonra eyni məqsədlə Bakı şəhərindən bibisinin evinə gəlib, həmin gün nаhаr fаsiləsindən sonrа Ə. B. şəhəri gəzmək adı ilə аldаdıb, Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə sаhəsinə apararaq orada onu zorlayıb. 6 aydan sonra bərk ağrıları olan qızını xəstəxanaya aparan ana 13 yaşlı qızının hamilə olduğunu öyrənib.
E. B. məsələdən xəbər tutandan sonra Ə. B. ilə evlənmək barədə razılıq əldə edib və qızı Bakı şəhərinə gətirib. Ə. B. azyaşlı olmasına görə, xəstəxanaya aparılmayıb.
Buna görə də Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki evin həyətində ağrıdan uşağı salıb. E. B. uşağı sellofan torbaya qoyaraq aparıb basdırıb. Uşaq düşəndən sonra F. B. anası polisə şikayət edib. Onun şikayəti əsasında E. B. həbs edilib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə E. B. 15 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər