“Ukrayna ordusu bir sıra ərazilər əraziləri azad edib” –ZELENSKİ HƏRBÇİLƏRİ TƏBRİK ETDİ

“Ukrayna ordusu bir sıra ərazilər əraziləri azad edib” –ZELENSKİ HƏRBÇİLƏRİ TƏBRİK ETDİ
Ukrayna prezidenti Zelenski Xarkovda və ölkənin cənubunda hərbi uğurlara görə Ukrayna ordusunu təbrik edib.

Azpost.info bildirir ki, Prezident bu barədə videomüraciətində bəyan edib. Zelenski Xerson vilayətində bəzi ərazilərin Rusiya işğalından azad edildiyini bildirib.

"Bu həftə Xarkovdan xoş xəbərlər almışıq. Hər bir vətəndaş ordumuza görə fəxr edir. Hələlik azad etdiyimiz  yaşayış məskənlərini adını çəkmək zamanı deyil. Cəbhədə hər bir uğur vəziyyəti Ukraynanın xeyirnə dəyişir”.

Zelenski 406-cı əlahiddə artilleriya briqadasına və 60-cı əlahiddə piyada briqadasına Ukraynanın cənubunda ciddi uğurlarına görə təşəkkür edib. O deyib ki, bu uğurlar Ukraynanın mövqelərini irəli çəkilməsinə səbəb olub.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az