Ukraynalı general: Rusiya ilə müharibə olsa...

Ukraynalı general: Rusiya ilə müharibə olsa...

Rusiya və Ukrayna arasında hərbi konflikt olsa, NATO Kiyevə qoşun göndərməyəcək, lakin silah verə bilər.

Miq.Az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-mayor Viktor Yaqun çıxış edib.

"Tək qalmayacağıq, bu, birmənalıdır. Lakin birbaşa müdaxilə, NATO-nun hər hansı batalyonu, yaxud hərbi qrupunu ərazimizdə görməyəcəyik”, - deyə Yaqun bildirib.

General əlavə edib ki, Rusiya ilə mümkün toqquşma yalnız Ukraynanın problemidir və burada kəşfiyyat məlumatları Kiyevin köməyinə çata bilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az