"Unibank" aprel şəhidimizə görə lənətlənir - Şou-biznes əhli də etiraza qalxdı


"Unibank"ın aprel döyüşlərində Şəhid olmuş Baxşəliyev Rəşid Əlifağa oğlunun anası Baxşəliyeva Çimnaz Əsgər qızını 1000 manat kredit borcuna görə məhkəməyə verməsi bəzilərini narahat etməsə də, bəzi şou-biznes nümayəndələri bu hadisəyə münasibət bildirib.

Bu məsələ tanınmış prodüser Tarix Əliyevi (Tolik) də narahat edib. O, xəbəri sosial şəbəkədə paylaşaraq məsələyə özünəməxsus şəkildə münasibət bildirib:

"Mən bir şeyi anlamıram, bu "Unibank" bu qədər faiz alır, bu qədər pullar qazanır, yəni 1000 manat nə böyük puldu? Reklamlarında "Ehtiyac krediti veririk ay nə bilim nə krediti" bəs Allah insafınızı kəssin bu şəhid sizə görə canından olub ki, sizin kimi harınlamışlar da dollarları yığıb milyarder olacaqsınız?!! Allah sizin bəlanızı verər inşallah, sizdə o bəzi banklar kimi bağlanarsız. Belə də ki, anam verə bilmir onun canı sağ olsun, mən ölməmişəm!! Verərəm canınızı da alaram!!! Allah o cavan oğlana rəhmət eləsin. Ayıb olsun!!".

Qeyd edək ki, prodüsserin şərhinə bir çox tanınmış şou biznes nümayəndələrindən, həmçinin Xatirə İslamdan da dəstək gəlib.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az