Uşaqpulu ilə bağlı vacib açıqlama

Uşaqpulu ilə bağlı vacib açıqlama
Deputat Siyavuş Novruzov "Künc-Bucaq” internet kanalında yayımlanan "VIII GÜN” verilişinə verdiyi müsahibədə uşaqpulundan danışıb.

Miq.az xəbər verir ki, o, bu müavinətlə bağlı parlamentdə müzakirələrin aparıldığını deyib.

O bildirib: "Əmək və əhalinin sosial müdafiəsi naziri ilə bu mövzuda müzakirələr oldu. Bir çox variant var. Bu məsələdə dünya praktikası, o cümlədən ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Uşaqpulunun verilməsi ilə bağlı müzakirələr indi də gedir”.

Deputat uşaqpulunun kimlərə və nə tərzdə verilməsi baxımından konkretləşdirilməyə ehtiyac olunduğunu qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az