Vahid Əhmədov: Pensiya yaşının artırılması müəyyən suallar doğurur

Vahid Əhmədov: Pensiya yaşının artırılması müəyyən suallar doğurur

"Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması müəyyən suallar doğurur. Belə ki, burada insan ömrünün o qədər də uzun olmaması və son dövrlər baş verən bir sıra problemlər var”.

Bu barədə oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda pensiya yaşının qadınlar üçün 63, kişilər üçünsə 65-ə çatdırılması müzakirə predmetidir: "Qanun hələ ki qəbul edilməyib, layihə müzakirəyə çıxarılandan sonra müəyyən fikirlər səsləndirmək olar”, - deyə o bildirib.

V.Əhmədov qeyd edib ki, bu məsələdə bir çox beynəlxalq təşkilatların tövsiyələri var.

Deputat xatırladıb ki, qonşu ölkələrdə də pensiya yaş həddinin 65-ə çatdırılması məsələsinə baxılır.

Qeyd edək ki, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az