Ukraynanın Təhlükəsizlik Xidməti Rusiyanın “Lukoyl” və “VETEK” şirkətlər qruplarına daxil olan strukturlar barəsində cinayət işi açıb.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə qurum sədrinin məsləhətçisi Markiyan Lubkivski “Facebook” səhifəsində bildirib.
Adıçəkilən şirkətlər “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumların maliyyələşdirilməsində ittiham olunur. Ukraynanın Təhlükəsizlik Xidmətinin iddiasına görə, 2013-2014-cü illərdə “Lukoyl” şirkətinin vəzifəli şəxsləri Ukraynanın Feodosiya, Xerson, İzmail, Nikolayev və Odessa limanları, həmçinin Ukrayna-Belarus sərhədindəki keçid məntəqələri vasitəsilə 2 milyon tondan çox neft məhsulunu qaçaqmalçılıq yolu ilə daşıyıblar. Ümumilikdə isə iki milyard dollar gömrük xidmətindən yayındırılıb.
Neft məhsullarının satışından əldə olunan gəlirlər şirkətin nəzarəti altında olan müəssisələrin hesablarına köçürülüb. Həmin vəsaitin daha sonra “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumların maliyyələşdirilməsinə yönəldiyi bildirilir.
2014-cü ilin avqustunda isə “Lukoyl” bəyan edib ki, yüksək siyasi və iqtisadi risklərlə əlaqədar Ukraynada fəaliyyətini dayandırmaq niyyətindədir. Bundan daha əvvəl isə bildirilib ki, şirkət Ukraynadakı 240 yanacaqdoldurma stansiyası və 6 neft bazasının satışı barədə Avstriyanın “AMIC Energy” şirkəti ilə razılaşıb.
Qeyd edək ki, şirkətin rəhbəri əslən azərbaycanlı olan Vahid Ələkbərovdur.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ