Vətəninfo.az Milli Məclisin Milli Məclisin mətbuat xidmətindənverilən məlumata görə, sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb.
Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə məlumat verib. Vitse-spiker İsrailli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışıb, ölkənin enerji təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğulayıb. TANAP və TAP layihələrindən bəhs edən parlament sədrinin müavini bildirib ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcək.
İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi barədə fikirlərini bildiriblər, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən, Azərbaycanın uğurlarından, aparılan islahatların gedişatından söhbət açılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?