Vəkili Eldar Həsənov barəsində açıqlama yaydı

Vəkili Eldar Həsənov barəsində açıqlama yaydı

Keçmiş səfir Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlama yayıb. 

Miq.Az xəbər verir ki, Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

Vəkil müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını ifadə edib. 

A.İsmayılov qeyd edib ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir. O, vəsatətin təmin edilməsinin müvəkkilinin ümidini artırdığını əlavə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az