Vilayət Eyvazov işdən qovduğu polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ

Vilayət Eyvazov işdən qovduğu polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ

2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Allahverdiyev yenidən polis sistemində işə başlayıb.

Miq.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Rafael Albabayev bir neçə gün öncə daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib. Hazırda R.Albabayev Yasamal Rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başlayıb.

Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az