Vilayət Eyvazov rəis müavinini işdən qovdu

Vilayət Eyvazov rəis müavinini işdən qovdu

Azərbaycanda rəis müavini işdən azad olunub. 

Miq.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az