Bəs görəsən o 100 ağac əkibmi?
Samuxdan İmişliyə transfer olunan Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyev durmaq bilmir.Oktyabr ayında ölkə prezidenti İlham Əliyevin İmişliyə səfərinin planlaşdığı ərəfəyə, rayonda Bayraq Meydanı inşaa etdirərək dövlət başçısı tərəfindən “Afərin” eşitmək istəyən Vilyam Hacıyev deyəsən, preziden İlham Əliyevin ekologiyanın qorunması və meşələrin salınması ilə bağlı verdiyi sərəncamlardan xəbərsizdi. Belə olmasaydı Bayraq Meydanının salnması üçün 100-dən artıq ağacı rayon yaşıllaşdırma İdarəsinin rəisi Rasim Abışovun əli ilə məhf etməzdi. “Vətəninfo.az”a bununla bağlı İmişlidəki mənbələrdən daxil olan məlumata görə, rayon Yİ-nin rəisi R.Abışov ağacları günün-günorta cağı deyil, səhərəyaxın saat 4 radələrində kəsdirir,R.Abışov bu ağacları elə yerindən söküb qoparır ki, həttda iz belə buraxmır.Güya burda heç ağac olmayıb. Məlumata görə. Çıxarılan ağaclar idarə rəisinin yaxın qohumunun şəxsi ağac emalatxanasına daşınmaqla bərabər, ağacın biri 10 manata başqa sex sahiblərinə də satılır. Məlumatın nə qədər doğru və yalan olduğunu deyə bilməsək də, mənbənin sözlərinə görə, icra hakimiyyəti yaxınlığında Heydər Əliyev Mərkəzi ətrafında salnacaq Bayraq Meydanının yerində gözəl bir ağaclıq olub və imişli insanları yayın qızmar istisindən qacaraq bu ağacların altında istirahət edirmiş.İndi isə V.Hacıyev onlara bunuda çox görüb. “Ağam mənə kor deyib. Gəl gedənə vur deyib” atalar sözlərindən yola çıxan V.Hacıyev imişli insanları üçün daha hansı yenliklər etmək niyyuətindədi. Hıələ də Samuxda işlədiyi dövürdə yaratdığı problemləri Alı Qocayev təmizləyə bilmir və görünür 5 il sonra V.Hacıyevin yerinə İmişliyə gələcək yeni başçı V.Hacıyevin yaratdığı problemləri 3-4 ilə tmizləyə bilər. Bir məsələnidə diqqətinizə çatdıraq ki, Ulu öndərimiz Heydər Əliyev deyirdi “Əgər bu ölkədə bir ağac əkməyən biri, bir ağaçı məhf edirsə, kəsirsə. Deməli mənim qollarımı kəsir”.
Redaksiya olaraq, İmişli rayonu və onun icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin faliyyəti ilə bağlı ardıcıl məlumatlar verməklə bərabər. V,Hacıyevində mövqeyinin israrla gəlməsini istəmişik.Amma çox təssüflər olsuin ki, cənab Hacıyev yazılanlarla bağlı öz mövqeyini bildirmir.Biz yenədə qanunlara dayanaraq faliyyət göstərdiyimizdən qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
Kənan