Vilyam Hacıyev yığmağa start verdi

Vilyam Hacıyev yığmağa start verdi

Buludlu bələdiyyə sədri özündən getdi


İmişli rayonu və rayonun məhşur icra başçısı, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyevlə bağlı redaksiyamıza daxil olan məlumatlar səngimək bilmir. Ümumiyyətlə Vilyam Hacıyev və onun rəhbərliyi altındakı İmişlilidə baş verənlər ardı-arası kəsilmədən redaksiyamıza anındaca mənbələr tərəfindən çatdırılmaqdadır. Son məlumatlar isə daha ilgincdir. Mənbənin məlumatına görə, ölkə prezidentinin İmişlinin sosial-iqtisadi inkişafı üçün ayırdığı vəsait Vilyam Hacıyevə bəs etməyib və icra başçısı yerli icra nümayəndələri, eyni zamanda bələdiyyə sədrlərindən hər birindən 5000 min AZN toplamağa başlayıb. Mənbənin məlumatına görə. V.Hacıyev bu pulu rayonda abadlıq və quruculuq adı ilə yığır. Maraqlıdır ki, dövlət başçısının rayonun abadlıq və quruculuğu yönündə ayırdığı pul hara xərcləndi. Məlumata görə, V.Hacıyev prezidentin bu ilin sentyabr-oktyabr aylarında rayona səfərini bildiyindən indi məmurların pulu hesabına rayonu abadlaşırmağa başlayıb. Məlumata görə hər bir kəndin icra nümayəndəsi və bələdiyyə sədrləri məcburi şəkildə bu pulu verməyə məhkum ediliblər. Hətta Buludlu bələdiyyəsinin sədrindən bu pul istənildiyi zaman yazıq pulun miqdarını eşidəndə özündən gedib. Bələdiyyə sədrinin dodağının muçuxladan rəqəm bir sıra yerli icra və bələdiyyə səfirlərini çıxılmaz vəziyyətə saldığı deyilir.

“ZaminBank”ın yerli şöbəsində Kazımlılar faizi

İmişli rayonu ilə bağlı daha bir məlumat isə ondan ibarətdir ki, “ZaminBank”ın İmişli rayon filialının rəhbəri, Millət vəkili Xanhüseyn Kazımlının qardaşı oğlu Rəmzi Kazımlı ilə bağlıdır. Məlumata görə, bankın kredit şöbəsində Xanhüseyn Kazımlının digər qardaşı oğlu Dəyanət Kazımlıdır ki, Kazımlılar bankdakı tutduqları vəzifələrdən sui-istifadə edərək əhaliyə bildikləri kimi faizlər müəyyənləşdirməkdədirlər. Mərkəzi Bankın kreditlərin verilməsi ilə bağlı müəyyənləşdirdiyi faiz dərəcələrini diqqətə alsaq, burda “ZaminBankı“ın yerli filialının kredit alan insanların birinə 36, digərinə 28, bir başqasına ayrı bir faizlə kredit verməsi, doğrusu qanununların Kazımlılar tərəfindən ciddi şəkilədə pozulduğunun bariz nümunəsidir. Məlumata görə, bəzi vətəndaşlar Kazımlıların nəzarətində olan filialdan kredit almaq üçün mənzillərini və ya da hər hansı bir daşınmaz əmlaklarını girov qoysalar da, sonradan həmin əmlaklarını itirmə təhlükəsi ilə belə üzləşirlər.Məlumata görə, faizlərin yüksək olması əhalinin götürülən kreditin ödənilməsinə problemlər yaratmaqdadır. Bu məlumatın ciddiliyini və millət vəkili Xanhüseyn Kazımlının qardaşı uşaqları olduğunu diqqətə alaraq, xalqın hüquqlarının əsas qoruyucularından biri olan Xanhüseyn Kazımlı ilə əlaqə yaradıb məsələyə münasibətin öyrənmək istədik. Amma mövcud telefonları bağlı olduğundan hörmətli millət vəkilinin münasibətini öyrənə bilmədik.
Redaksiya olaraq,“ZaminBank”ın İmişli filialının rəhbəri Rəmzi Kazımlınında mövqeyini dərc etməyə hazırıq.
Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az