Xaçmazda sabiq rəis yarım milyonluq dələduzluqda ittiham olunur

Xaçmazda sabiq rəis yarım milyonluq dələduzluqda ittiham olunur

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov barəsində cinayət işi başlanılıb.

Sabiq idarə rəisi bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.

İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.

Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.

İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.

İş üzrə məhkəmə araşdırması başlayıb.

Mənbə: APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az