Xamisi öldürən hansı qripdir? - Nazirlik

Xamisi öldürən hansı qripdir? - Nazirlik

Qripdən dünyasını dəyişdiyi bildirilən məşhur idmançımız, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı araşdırmadan sonra bir söz demək mümkündür. Məsələ araşdrıldıqdan sonra məlumat veriləcək.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qripdən ölüm hallarının baş verməsi mümkündür.

Xatırladaq ki, dünən 1984-cü il təvəllüdlü MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov qrip xəstəliyindən dünyasını dəyişib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, o, xəstəliyi müddətində müalicə alsa da, sonradan xəstəlik dərinləşib və iltihabi proses başlayıb. Bununla da idmançı dünyasını dəyişib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az