Xankəndindən Kremlin Moldovadakı separatçı uzantısına zəng...-“Əlaqələri dərinləşdirək”...

Xankəndindən Kremlin Moldovadakı separatçı uzantısına zəng...-“Əlaqələri dərinləşdirək”...

"Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar...”
 
Bu gün - avqustun 6 -da Azərbaycan torpaqlarındakı Rusiya hərbi kontingentinin himayəsində hələ də bəslənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin "xarici işlər naziri” sayılan  David Babayan ad-soyadlı məxluq Moldova Respublikası ərazisində Kremlin dəstəyi ilə qondarılmış "Dnestryanı respublika”nın "xarici işlər naziri” Vitali İqnatyevə  telefon  açıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı rejimin  qanunsuz saytı məlumat yayıb.
 
Telefon danışığı zamanı qondarma separatçı "nazir”lər "ikitərəfli əlaqələr, xarici işlər nazirlikləri arasında əməkdaşlıq və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər.
 
Tərəflər əlaqələri daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar”- üzdəniraq məlumatda belə deyilir.
 
P.S...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az