Xarici borcun ÜDM olan nisbəti 8.5 faizə çatıb

Xarici borcun ÜDM olan nisbəti 8.5 faizə çatıb

Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunu açıqlayıb.

Publika.az xəbər verir ki, xarici dövlət borcu  6,380.7 milyon ABŞ dolları (5,005.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edib.

Borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63.7 faiz, avro – 21.7 faiz, yapon yeni – 2.2 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.

Xaricdən cəlb edilən kreditlər əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Bu arada xatırldaq ki, cari ilin yeddinci ayında xarici dpvlət borcu 4,987.9 milyon manat idi. Onu da qeyd edək ki, 2015-ci ilin büdcəsindən dövlət borcuna xidmətlə bağlı xərclər üçün 776,2 milyon manat müəyyən edilib. Xarici borclara 703,0 milyon manat, daxili borcların ödənilməsinə 73,2 milyon manat yönəldilməsi planlaşdırılıb.

2015-c il üçün Azərbaycanın daxili borcunun yuxarı həddi (limiti) 1000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi 1500,0 milyon manat müəyyən edilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az