Xəbərdarlıq: Martdan koronanın 3-cü dalğası başlayır

Xəbərdarlıq: Martdan koronanın 3-cü dalğası başlayır

Koronavirusun 3-cü dalğasının gələcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Bu haqda artıq Türkiyə mediasında həkimlər həyəcan təbili çalır. Bəs virusun 3-cü dalğasının yaşanması nə qədər realdır? Azərbaycanda bu baş verə bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Azadinfo.az-a açıqlamasında koronovirus infeksiyasının yenidən artma ehtimalı olduğunu bildirib:

"Məktəblərin və universitetlərin açılması ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olub. Beləliklə də sosial məsafəni qorumaq mümkün olmur.

Biz pandemiya dövründə yaşayırıq və aramızda xəstələr, virus gəzdirənlər var. Hər an yeni virus yayıla, virusa yoluxanların sayı arta bilər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az