Xəzər Universiteti QS təşkilatının reytinq siyahısında

Xəzər Universiteti QS təşkilatının reytinq siyahısında

2017-ci il iyunun 8-də QS beynəlxalq reytinq təşkilatı dünya üzrə  ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqini müəyyənləşdirib. 

Reytinq siyahısına görə Xəzər universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşir və  Azərbaycan universitetləri arasında 1-ci yeri tutur. 

Qeyd edək ki, QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26 000 universitet haqqında araşdırma aparmışdır. Xəzər Universiteti dünyanın 2.7%seçilmiş aparıcı universitetləri sırasına daxil edilmişdir.

QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir.  Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır. 

Ayrıca olaraq, Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci,  müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub.

"QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az