XİN Ceyhun Bayramovla Mirzoyanın görüşəcəyini təsdiqlədi

XİN Ceyhun Bayramovla Mirzoyanın görüşəcəyini təsdiqlədi
Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək.

Bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az