Xocalı qətliamını necə tanıtmaq olar?-Fəlsəfə doktoru Şahin Bağırov

Xocalı qətliamını necə tanıtmaq olar?-Fəlsəfə doktoru Şahin Bağırov

"Xocalı soyqırımı ermənilərin XX əsrdə törətdikləri ən dəhşətli qətliamlarından biridir. 1992-ci ilin 26 fevralında Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini yer üzündən silib, əhalisini gülləbaran edib. Ermənilər Qərbi Azərbaycanda, Qarabağda dinc azərbaycanlılarla qarşı çox qırğınlar törədiblər. Ancaq təkcə Xocalı hadisəsinə dair faktlar erməniləri dünyada ifşa etmək üçün yetərlidir. Doğrudur, son illər Xocalı soyqrımının tanıdılmasına dair çoxlu işlər görülüb. Lakin hələ də dünyanın bir sıra ölkələrində bu faciə ilə bağlı ətraflı məlumat yoxdur. Xocalı harayının dünyaya tanıdacaq təsirli bədii əsərlər, filmlərə ehtiyac var”. 

Bu fikirləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov Miq.Az-a bildirib. Alim bununla bağlı maraqlı təkliflə də çıxış edib: "Xocalı faciəsini dünyaya tanıtmağa nə var ki?! Azərbaycanlı oliqarxlar pullarını mənasız işlərə xərcləyincə, bu işə yatırsınlar. Hollivudun tanınmış aktyor və aktrisalarına, rejissor və kinomatoqraflarına maliyyə yatırıb elə bir film çəkdirərdilər ki, bu müsibətə bütün dünya ağlayardı... Necə ki "Titanik” filmini çəkiblər. Hansı naziri işdən çıxarırlar altından milyardlar çıxır. Hələ "Milyarderlər İttifaqıyla" işimiz yox, məhs bu işdə səfərbər olsalar pis olmaz. Gözləməliyik ki, ermənilər bunu da etsinlər? Bizim verdiyimiz ideyalardan elə ermənilər bəhrələnib həmişə”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az