Hicran Ağayeva: “Hər bir gözəl xanımın qəlbini fəth edən var”
Son zamanların şou aləmindən parlayanlardan biri də Hicran Ağayevadı. Bir çoxları Hicranı gələcəyin Şövkət Ələkbərovası kimi də görür desək yanılmarıq.
Vətəninfo.az-ın bu dəfə “Qonaq” rubrikasının qonağı yeni-yeni sənət dünyasına qədəm qoyan Hicran Ağayevadı.
- Hicran xanım, ilk olaraq şəxsi həyatınızdan başlayaq. Yeni nələr var şəxsi həyatınızda?
Hələlik sakitçilikdir şəxsi həyatımda.
- Niyə belə tənbəlsiniz?
Qismət. Bu tənbəllik deyil. İnşallah yaxşı olar.
- Hicran xanım, şəxsi həyatınızı bir qədər arxa plana qoyduğunuzu dediniz. Ən azından qəlbinizi fəth eən biri varmı?
Hər bir gözəl xanımın qəlbini fəth edən var. Gözəl xanımlar hər zaman sevilirlər (gülür)
- Sənətiniz elə də asan bir sənət deyil. Qəlbinizi fəth edən necə yanaşır sənətinizə?
Çox gözəl və çox səmimi.
-Bəs yaradıcılıq işləri nə yerdədi?
Yaradıcılığımda hər şey qaydasındadı. Yeni mahnıma klipi çəkdirməyi düşünürəm.
- Hansı mahnınıza?
Yeni mahnımdır kimsə eşitməyib.
- Dediniz yeni mahnı və yeni klip olacaq. Sirr deyilsə, mahnının sözləri və musuqisi kimə aiddi?
Bunu klipim hazır olanda biləcəksiniz.
- Ən azından mahnını pulla alıb-almadığınızı, neçəyə aldığınızı, klipin neçəyə başa gələcəyini deyin...
İndi söyləsəm, bu mahnının heç bir marağı qalmayacaq. Onsuz da bu hamıya məlumdur ki, yeni reklama başlayan müğənni mahnını da, klipi də pulla əldə edir. Təəssüflər olsun miqdarı söyləyəməm. Çünki ayıb olar. Qoy məndə qalsın.
- Bəzilərinə görə belə görünmənizin səbəbi plastik əməliyyat keçirmənizdi .Doğurdanmı plastik əməliyyat keçirmisiniz?
Necə görünməmin səbəbi? (Suala sualla cavab verir)
- Xarici görünüşünüzdəki gözəllik, yəni üzünüzdə estetik əməliyyat keçiridiyinizi deyirlər?
Bu gözəllik mənim gəlbimin gözəlliyidir. Allahım mənə verib. Yanlış məlumatdır əməlliyat etməyim. Mənə çox maraqlıdır ki, görəsən kimlər mənim barəmdə yalnış məlumatlar verir?
- Hicran xanım modanı, necə, izləyir? Yəni daha çox hansı dəbə üstünlük verir? Açıq-saçıqlığa, yoxsa mentaliteti nəzərə alır?
Mən dəbə fikir vermirəm. Mənə nə yaraşarsa, onu da geyinirəm. Bəli, milli mentaliteti də nəzərə alıram.
- Bəzi müğənnilər son günlər soyunaraq pərəstişkar yığmağa üstünlük verirlər. Hətta eləsi var ki, soyunub erotik klip belə çəkdirir. Siz necə baxırsınız belə şeylərə?
Vallah, hər müğənninin öz yolu, öz həyatı, öz ağlı, düşüncəsi var. Mən onlar haqda bir söz deyə bilmərəm. Əsas odur ki, mən özüm öz yolumu düz tutmuşam.
-Sirr deyilsə, sponsorunuz varmı?
Heç bir sirrim yoxdur. Sponsorum da yoxdur. Mən nə edirəmsə, öz halal zəhmətimlə edirəm və bu da mənə xoş gəlir.
İnci
Vətəninfo.az