Laçın Rayon İçra başçısı cəbhəçini icra nümayəndəsi qoydu
“Vətəninfo.az”a Laçın rayonu sakini və Yeni Azərbaycan Partiyası Laçın Rayon Şöbəsinin üzvü Rəhman Rüstəmovun verdiyi məlumata görə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov onu rayonun Malıbəyli kənd icra nümayəndəsi təyin etmək məqsədi ilə yanına çağırıb və bütün lazımi sənədləri alaraq, Prezident Administrasiyasına göndərdiyini bildirib. R.Rüstəmovun sözlərinə görə, sənədləri Bakıya Prezident Aparatına göndərildikdən sonra, Ramiz Cəbrayılov onu yenidən yanına çağırıb:
“İcra başçısı məni yanına çağırıb dedi ki, artıq sənədlərin Bakıya göndərlilib. Ramiz Cəbrayılov bildirdi ki, bundan sonra mən nə desəm gərək o cür işləyəsən. Ondan hansı formada işləmək istəməyimi soruşdum və bildirdi ki, torpaq məsələlərindən tutmuş bir çox məsələlərə qədər atılan bütün addımlar mənimlə razılaşdıracaqsan, əhaliyə çatacaq müəyyən maliyyə yardımları var ki, onlar verilməyəcək. Başçının məndən icra nümayəndəsi deyil soyğunçu olmağımı, insanları soymağı istəməsi idi. Mən bundan imtina etdim”. YAP üzvünün sözlərinə görə, o bundan imtina etdikdən sonra, R.Cəbrayılov onun yerinə Azərbaycan xalq Cəbhəsi Partiyasının Laçın Rayon Şöbəsinin üzvü Əlişir Rüstəmovun oğlu Samir Nəsibovu icra nümayəndəsi təyin edib.
“Mənim məlumatıma görə, Samiri icra nümayəndəsi təyin etmək üçün 2500-3000 manat başçı ondan pul alıb”.
Rəhman Rüstəmovun verdiyi digər bir məlumata görə, rayonun Malibəyli kənd orta məktəbi ümumiyyətlə işləmir:
“Mənim 4 övladım var və bu günə kimi məktəbə getmirlər. Ümumiyyətlə Malıbəylidə məktəb deyilən bir şey yoxdu.Sadəcə adı var və bura ayrılam pullar mənimsənilir”.
Redaksiya olaraq, YAP üzvünün irəli sürdüyü ittihamlara Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovunda mövqeyin dərc etməyə hazırıq.
Kənan