YAP İlham Əliyevin qalib gəldiyini açıqladı

YAP İlham Əliyevin qalib gəldiyini açıqladı

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirib.

Miq.Az-ın verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, 3,9 milyon seçici səs verib:

"Seçkilər baş tutub, hər kəsi təbrik edirəm. "Exit-poll”un nəticələrinə görə hər bir namizədin ala biləcəyi səs açıqlanıb. Hər bir təşkilatın açıqladığı statistik nəticədə İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. İnanıram ki, İlham Əliyev bu seçkidə qələbə qazanacaq və bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənəcək. Xalq düzgün və müdrik seçimini edib, İlham Əliyevin idarəçiliyi altında Azərbaycanın iqtisadiyyatı, ordusu güclənib, ölkənin qüdrəti artıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az